TikTok-da bir video yayılan kimi altında yüzlərlə şərh yaranır: «qiymət?», «harada almaq olar?», «Bakıya çatdırılma var?». Hamısına əl ilə cavab vermək mümkün deyil, cavabsız şərh isə itirilmiş müştəri deməkdir. İndi AITOOLS TikTok ilə tam işləyir.
AI TikTok-da nə edir?
- Şərhlərə cavab verir. Açar sözə, video təsvirinə görə və ya tam AI ilə — şərhin mənasını başa düşür.
- Mesajlara (DM) cavab verir. Qiymət, mövcudluq, çatdırılma suallarına sizin məlumatlarınız əsasında cavab verir və sifarişi toplayır.
- Müştərinin dilini tanıyır. Azərbaycan, rus, ingilis və digər dillərdə cavab verir.
- Hər şey bir inbox-da. TikTok mesajları Instagram, WhatsApp və Facebook ilə yanaşı vahid paneldə görünür, sifarişlər CRM-ə düşür.
Bilmək vacib olan məhdudiyyətlər
- Qoşulmaq üçün təsdiqlənmiş TikTok biznes hesabı lazımdır.
- TikTok-da səsli mesajlar hələ dəstəklənmir.
- Şərhlərə cavablar hələlik açıq şəkildə şərh bölməsində yazılır. Şərhdən müştərinin DM-inə avtomatik mesaj göndərmək funksiyası üzərində işləyirik.
Hesabınız təsdiqlənməyibsə, komandamız biznes verifikasiyası ilə kömək edə bilər (ödənişli xidmət, 30 ₼-dan).
Şərhlərə necə cavab vermək daha yaxşıdır?
Qiyməti açıq şərhdə yazmaq istəmirsinizsə, AI qısa və nəzakətli cavab verib müştərini mesaja dəvət edə bilər. Müsbət şərhlərə təşəkkür edir, şikayətləri isə sakit tonda şəxsi yazışmaya yönləndirir. Bu, profilinizin görüntüsünü də qoruyur.
Qiymət
- UNLIMITED COMMENTS — 29 ₼/ay: Instagram, Facebook və TikTok-da limitsiz AI şərh cavabı + pulsuz CRM + 1000 AI çat cavabı.
- START — 29 ₼/ay: 1000 AI cavab, 5 kanala qədər (o cümlədən 1 Facebook və ya TikTok). 2 həftə pulsuz test.
- PRO və yuxarı planlarda kanal limiti yoxdur.
Bütün planlar: qiymətlər.
Necə qoşmaq olar
- Qeydiyyatdan keçin.
- Məhsullar, qiymətlər və şərhlərə cavab qaydalarını əlavə edin.
- TikTok biznes hesabını rəsmi keçidlə 1 kliklə qoşun.
Tez-tez verilən suallar
AI bütün videolardakı şərhlərə cavab verir?
Bəli, qoşulmuş hesabın videolarına gələn şərhlərə cavab verir. Hansı şərhlərə və necə cavab verəcəyini siz təyin edirsiniz.
Şərh cavabları test müddətində ödənişlidir?
Xeyr, test müddətində şərhlərə avtomatik cavablar pulsuzdur.